Tuesday, July 22, 2008


Qara ulduz !



Bədbəxt həmşərinin payına ulduzun da qarası düşür.


Tarixi varlıqı istiqamətləndirən mənlik varlığıdır. Bütün tarixi varlığımızdan vaz keçməklə, əslində mənliyimizdən və kimliyimizdən vaz keçmiş oluruq.

Əgər, bu dünyada izsiz- soraqsız itmək istəmiriksə, tariximizə yiyə durmalı, kimliyimiz və varlığımızı qorumalıyıq. Ona görə ki, keçmişinə yiyə durmayanın gələcəyi yoxdur. Belə bir söz də var deyirlər “ keçmişinə daş atsan gələcək səni topa bağlar “.



Bəziləri bütün tarixi keçmişimizi, o sıradan sülalələri, dövlətlərimizi və tarixi dövlət nişanlarımızı, eləcə də, dövlətçilik tariximizi özündə daşıyan bayrağımızı farslara bağışlayıb, bizə isə BAB teleskopunun kəşf etdiyi qara ulduzlu bayraq sırımaq istəyirlər.

Məsələ bundadır ki, hər şey görmüşdük amma, ulduzun qarasını görməmişdik. Bu böyük kəşfdir, QARA ULDUZ.



Bir gün Bakıda bir hambal küçə ilə gedirmiş. Hambal görür səs gəlir, biri deyir: A bəy, a bəy !

Hambal yoluna davam edir. Görür yenə a bəy, a bəy deyərək kimisə çağırırlar. Hambal fikirləşir ki, yəqin ki, mənimlə olmazlar və yoluna davam edərək gedir.

Hambal görür yox, yenə səs gəldi : A bəy, a bəy !

Hambal dönür deyir : Mənimləsən ?

Çağıran adam deyir : Səndən başqa kim var ki, əlbətdə səninləyəm.

Hambal deyir : Nə deyirsən ?

Çağıran adam deyir : Saat neçədir ?

Hambal deyir : Saat 25-di .

Adam deyir ki, dəli olmusan 25 də saat olar ?

Hambal deyir, bəs hambaldan bəy olar ?



Görünür hələ çox şey olacaqmış, məsələn qara ulduz da kəşf olacaqmış.

Sizin başınız qara ulduzla məşqul olsun, görək fars qardaşlarımız nə işlə məşquldur.



Fars qardaşlarımızın təşəbbüsü ilə, Fransanın mərkəzi Parisdən yayılan Almanca-Farnsızca yayılan “ Arte “ televizya kanalında Qacar sülaləsinin şəkillərini göstərirlər ve deyirlər bunlar fars sülaləridir. Farslar bununla tariximizi öz xeyirlərinə müsadirə etmək istəyirlər. Hələlik bayrağımıza yiyə durmuşlar, növbə sülalərimizə və dövlətçilik tariximizə çatıb. Sabah da deyəcəklər ki, siz göbələksiniz, yerdən çıxmısınız, nə dövlətiniz olub, nə dövlət nişanlarınız olub, nə keçmişiniz var, nə də tarixiniz.

Deyirlər malını yeməyənin malını yeyərlər. Tarixinə yiyə durmayanın da, tarixinə və bayrağına da yiyə durralar.

Amma, mən əminəm ki, qara ulduz kəşf edənlərdən və onun mübahisəsini aparanlardan fərqli olaraq, Azərbaycan milləti öz sülalələrinə, bayrağına və bütövlükdə tarixinə yiyə duracaq və yer üzündən izsiz, soraqsız itməyəcəkdir.



Semed Niknam

2008-07-25

1 Comments:

At 12:23 AM, Blogger Unknown said...

salam ve sayqilarla
olkelerin bayraqlari uzerinde qara ulduz da var... yashil ve goy ulduz da bele! yashil ve ya goy ulduz olar mi? birisinin BAB ya Butov azerbaycan ideyasi ile mushgulu varsa bunu elmi ve usullu yollarla desin...
sagh olun

 

Post a Comment

<< Home