Tuesday, July 29, 2008

Guneyli ve Quzeyli milletci baci qardaslarima salam olsun.

Seyfeddin Altayli

Nece muddetdir Guney Azerbaycan'in bayragi necur olsun, hansi olsun baresinde soz sohbetler gedir. Defelerle bir nece Guneyli dostumuz mene yazmis ve fikrimi sormus, Merhum Liderimiz Elcibey'le elaqelerimi, onun mene soylediyi fikirleri, ozunun hedden artiq hormet beslediyi Turkiyeli dostlari ile olan munasibetlerini sual vermis, men de onlari menden sual eden dostlarima catdirmisdim.

Dunen de yene bayraq ve simge meselesile bagli bir yazi yazdim ve AzerNews@yahoogroup s.com saytina yolladim. Yazimin axirinda da her bir musteqil ve azad insan kimi oz fikrimi bildirdim. Onlari tekrar burda yaziram ve Guney davasina inanmis qeyretli baci qardaslarimin huzuruna teqdim edirem.

"Bayraq meselesine geldikde, men sexsen bu ise qarismaq kimi bir fikir dasimiram, onu teyin edecek milletin ozudur. Milletimizin bir bayragi vardir ve 28 May 1918. ilde Merhum Memmedemin Resulzade’nin rehberliyindeki sexsiyyeytlerimizin elile ucaldilmisdir. Rengleri de haminin bildiyi kimi, “Turklesmek, İslamlasmaq, Muasirlesmek” umdelerini carlayir. Milletimizin bayragi budur, ancaq xalqimizin 35 milyonluq kutlesi esaret altindadir. Esaret altinda yasayan bir xalqin da bayragindaki ay ve ulduzun yas elameti olaraq qaradan savayi ayri bir renge boyanmasi milletin oz taleine bigane yanasmasindan savayi hec ne olabilmez. Yas elameti olaraq qaranin cixarilib ayri rengli libaslarin geyinilmesi ancaq xosbext hadiselerin gelisile veya yaranmasile mumkun olar. Dili ve milliyeti esaret altinda olan bir xalqin da ay ve ulduzunun yasda olmasi, onu yasdan cixarmagin yolunun da musteqilliyi qazanmaq oldugu yaddan cixarilmamalidir. Men bu fikirden cixis ediem, elbetde xalqim neyi arzulasa onu qebul etmeye de mecburam ve mehkumam".

Yuxarida bir hissesini teqdim etdiyim yazini da hormetli dostum Boyuk Resuloglu'nun meqalesine men de oz fikrimi bildirmek meqsedile yazmisdim.

Bugun Guntay Cavansir guya ozuyle goturulen musahibede ise gorun neler yazib. Onun yazdiqlarinin bir hissesini eynile teqdim edirem:

"

-Bu simgə məsələsinə necə baxırsınız? Sanki seçim yolu ilə Milli Hərəkətə simge təyin etmişlər.

- Yaxşı baxmıram doğrusu. Çünkü bunu seçim yolu ilə təyin edilmiş simgə olaraq qəbul etmək olmaz. Seçim hansı ortamda keçmiş? İnternet yolu ilə, deyilmi? Bir adam 100 e.mail adresi açıb səs verə bilər. Bu, oyunbazlıqdan başqa bir şey deyil. Həm çox çocuqca düşünülmüş. Adam nə qədər geri zəkalı omalıdır ki, müstəqil bir dövlətin, o da bizim quzeyimizin ay-ulduzunu qaranlığa gömsün. Quzeyli qardaşlarımız bu abtalca düşünülmüş hərəkətə etirazlarını bildirməlidirlər. Zorla bağımsızlığını qazanmış, azadlığa çıxmış bir ölkənin, vətənimizin digər tərəfinin bayrağını qaranlıqlara gömməyə kimsənin haqqı yoxdur. Bu işi görənlərin hamısı şovinizmin kölələridir. Ya bilərəkdən farsın qulluğundadırlar ki, bu şəkildə xaindirlər. Ya da bilmirlər və cahildirlər. Cahilləri aydınlanmağa çağırırıq. Xainlərlə də mübarizə aparacağıq. Şəxsən mən kimsəyə izn vermərəm millətimin bayrağındakı aydınlıq rəmzlərini qaranlığa gömsünlər. İmkanım nə qədər izn versə bunlarla savaşacağam. Bütün dünya vətənimin bayrağını parlaq ay-ulduzlu görməyə alışmış və öylə də görəcəklər. Daha doğrusu öylə də göstərəcəyik. Dünyada bu gün bizim heysiyyətimizi və milli şərəfimizi təmsil edən bir tək bayrağımız var. Şərəfi və heysiyyəti olanlar bayrağımızın ləkələnməsinə izn verməməlidir. Mənim şərəfsizlərlə işim yoxdur. Bayrağımızın yerlərdə sürünməsinə izn verməyəcəyimiz kimi onun göylərdə də ləkəli görünməsinə izn verməyəcəyik. Bu bayraq uğruna canlarını fəda etmiş insanlar var. Ermənistanda əsirlikdən azad olmuş bir əsgərimiz danışır ki: Ermənilər əsir bir əsgərimizə deyirlər ki, yerə sərilmiş Azərbaycan bayrağının üzərinə tüpürsən sənə işkəncə vermərik. Azərbaycanlı əsgər tüpürmür. Bunun qulağını kəsirlər. Yenə də tüpürmür. Adamı param-parça doğrayırlar bayrağın üstünə tüpürmür və bu şəkildə ölür. Bu bayraq uğruna böylə fədakarlıqlar edilmişdir. Kimin cəsarəti çatar o ay-ulduzu ləkələsin. Bez parmçası lazımındır “dəf ol!” get kəndinə bir bez parçası tap. Millətin bayrağı ilə nə işin var? Kimsə hesab etməsin bu bayraq sahibsizdir. O bayraq bir əmanətdir. Ulularımızın, şəhidlərimizin, tariximizin bizə əmanətidir. Kiminsə onunla alay etməsinə izn vermərik. Kəsinliklə izn vermərik.

-Ortasında qaraldılmış ay-ulduz olan bayraq kimin önərisidir bilirsinizmi?

-Bilirəm. Ankarada yaşayır Seyfəddin Altaylı. O, müxtəlif qaynaqlardan yararlanaraq Arazoğlu adı ilə bir kitab yazdı. “Müxtəsər Azərbaycan tarixi” adında. Bu kitab elmi baxımdan ciddi bir əsər sayılmaz. Bu kitabın əvvəlinə ortasında ay-ulduzu qaralmış bir bayraq yerləşdirmişdi. Güya bu qaralıq Güneyin əsarətdə olmasını rəmzləşdirir və Güney azad olduqdan sonra aydınlanacaqmış! Seyfəddin Altaylı bir türk olaraq Güneyin mübarizəsinə dəstək verə bilər, bu, onun milli borcudur. Ancaq onun belə bir səlahiyəti yoxdur. Biz Güneylilər olaraq ona bu səlahiyəti vermərik. Güney Azərbaycanın yetkili milli aydınları dışında kimsəyə bu səlahiyəti vermərik. Bizim öz ağlımız yoxdurmu? İran mühitini biz yaxşı tanıyarıq, yoxsa İranın tarixi və sosioloji mühitinin dışında olanlar yaxşı tanıyar? İndi Seyfəddin Altaylı öz həddini aşıb və belə bir təşəbbüsdə bulunubsa ona həddini bildirməliyik. Nəinki həddini aşması üçün daha da şərait yaratmalıyıq".

Hormetli ve Eziz Guntay Cavansir;

Bilmelisen ki;

1-Yuxarida yazdigim fikirlerimde de menim Guney'e bir bayraq duzeltmek fikrim yoxdur, milletim neyi qebul ederse o menim ucun ezizdir demisem, deyirem.

2-Azerbaycan bayraginin ay ve ulduzunun qaraldilmasini "aptalliq, axmaqliq" kimi qeleme vermisiniz. Demeli dunyada bayraginda qara reng olan milletlerin hamisi "axmaqdir", meselen Almanlarin bayraginda da qara reng vardir, onlar da aptaldir ve dunyada senden daha agilli bir adam yoxdur!

Ezizim, bu cur sozler milletci fikirleri dasiyan birine yarasmir axi!

3-Bunu duzeldenler imperialistlerin oyuncagi, Farslarin adamidir demisen, men ise Guneyli milletci her bir kese duydugum mehebbetden asili sene, "Sen kimin adamisan Guntay?" sualini vermirem ve vermerem. Hemin yazimin bir hissesinde demisem: "Guney Azerbaycan’da yaranmis Mesrute Herekati, Azadistan Herekati, Heyder Xan Emoglu, Xan Pesyan, Seyid Cefer Piseveri, Seriet Medari’nin basini cekdiyi hereketleri ne cur sindirdilar onlarin sahidi olduq. Papagimizi qabagimiza qoyub yaxsi fikirlesmeliyik. Amerika’nin ve Qerb’in ya da diger bir impérialisd quvveye cevrilmek arzusunda olan Rusiya Federasiyasi’nin oyunlarina alet olsaq sadece olaraq yetismis kadrlarimizi, ziyalilarimizi, bir sozle xalqimizin qaymaq tebeqesini itirmekden savayi hec ne qazanabilmiyeceyik. Gelecek bizden agilla, bilikle, mentiqle ayaga durub elmin ve medeniyyetin yoluyla yerimemizi teleb edir. Daxilde ve xaricde teskilatlanmaq, kadr yetirmek, millî ziyalilarimizin sayini artirmaq en salim yoldur. Kifayetli ziyali ve kadra malik olduqda islerimizin daha asan basa geleceyini texmin etmek cetin deyildir. İnternetin dunyanin her bir kuncune catdigi bilik esrinde, atlari minib elimize qilinc alib dusmen ustune yurus etmeyimizin bize qazandiracagi qandir, qadadir, qirgindir. Teskilatlanmaq, maariflenmek, kadr sayini artirmaq bizim yegane amalimiz olmalidir". Bunlari butun Guneyli ve Quzeyli baci qardaslarimiza teqdim edirem ki, kimin haranin adami oldugunu yaxsi tanisinlar.

Guntaycan, sen Azerbaycan'da olarken defelerle seninle gorusmusduk ve menden tekidle xahis etmisdin ki, "Mene Turkiye'de bir is tap gelim orda yasayim", indi mene niye dusmen kesildin ve indiye kimi men bir sira saytlarda Guney meselesile bagli yazilar yazmisdim, onlara niye cavab yazmadin, fikrini bildirmedin; lakin dunenki yazimda bezi imperiya siyaseti guden dovletlere hucum cekdiyime gore kin kuduret ve qezeble yerinden duraraq o yazini yazdin?!

Dogrudan da maraqlidir!

3-Beli Guntay duz demisen, men Ankara'da yasayiram, Turkiye vetendasiyam, ancaq Azerbaycan'in azadligi menim eqidemdir. İndiye kimi Turkiye'de 17 eserde imzam var ki, hamisi Azerbaycan'la baglidir, sen nece ildir hansi eseri yaratmisan, “Nasir Purpirar”in eserini tercumeden savayi? Bilmirem, deseydin oyrenib sevinerdim Guntaycan. Hee ezizim, yadimdan cixmadan deyim, son hazirladigim eser ise 4 min sehifeden ibaretdir ve "Qarsilasdirmali, Ensiklopedik Azerbaycan Turkcesi Sozluyu" adini dasiyir, insallah bir nece aya gun uzu gorecekdir.

4-Demisen ki, Seyfeddin Altayli "Arazoglu" adiyla "Muxteser Azerbaycan Tarixi" adli kitabi yazibdir. O kitabi men yazsaydim, adini ustune qururla yazardim, ne senden, ne de senin hurkdugun (qarnindan bagli oldugun demirem) yerlerden qorxum vardir Guntay Cavansir!

5-Demisen ki, Seyfeddin Altayli'ya dersini vermeliyik. Onu ne cur vereceksen buyur ezizim, eger vermesen sen kisi oglu deyilsen. Bunu da sene deyim, ilk uzlesdiyimiz anda bu sozunu sene xatirladacagam ve mene dersimi vermeye seni devet edeceyem, hem de kisi oglu kisi kimi. Dogrudan da maraqlaniram mene ne cur ders vereceksen! Menim aldigim terbiyem sene pis sozleri yazmaga qeti sekilde imkan vermez Guntaycan, sen yazdigin o sozlerle sexsiyyetini de buruze vermisen. Menim sene bir boyuk kimi tovsiyyem budur: Eger Gunaz Tv dogrudan da senindirse ve sen ora aidsense Gunaz Tv'ye ve hormetli dostum Ehmed Obali'ya deyecek hec cure soz tapa bilmirem.

Butun baci qardaslarima hormet ve mehebbetle demek isterdim ki, Ezizim Guntay Cavansirle bu cur polemikaya qeti sekilde girmek istemezdim. Ancaq “suqut iqrarin eseridir”, yeni sussaydim onun dediklerinin duz oldugunu qebul etmis olacaqdim, buna da qetiyyetle razi olabilmediyime gore bu yazini yazdim. Haminizi narahat etdiyime gore meni bagislamaginizi xahis edirem.

Hormetle.

Seyfeddin Altayli

0 Comments:

Post a Comment

<< Home