Friday, November 24, 2006


Əli Paşanın önərdiyi bayraq

Salam. Belə Başa düşüm ki, milli bayraq saytına Siz nəzarət edirsiniz. Buna görə də bayraqla bağlı bir təklifimi Sizə göndərirəm. Mümkün olsa, saytınızda yerləşdirməyinizi xahiş edirəm.


Əslində bu bayraq şimal Azərbaycanın bayrağının demək olar ki, eynisidir - bütün rəmzlər eynidir. Yalniz yaşıl və qırmızı rənglərin yeri dəyişib. Amma bu dəyişiklik bayrağın yaranmasına səbəb olan "Türkləşmek, İslamlaşmaq, Muasirləşmək" şuarının məntiqi ardıcıllığına daha uyğundur. Yəni biz hər şeydən əvvəl Türk köklü xalqıq, tarixən İslamı qəbul etmişik və Müsəlmanıq, bugün yolumuz azadlıq və inkişaf, muasirlik yoludur.

Onu da deyim ki, mən bayrağın bu rənglərlə ay-ulduzsuz və ya ay-ulduz yerinə günəş fonunda şir şəkli ilə olmasına da müsbət baxıram.

Sizə xoş arzularla

ALIPAŞA

0 Comments:

Post a Comment

<< Home