Friday, March 17, 2006



آراز اوغلو´نون اؤنه ردييي بايراق- ١٩٩٩


گونئي آزربايجان بايراغيگونئي آزربايجان بايراغي



Saleh Bəy qardaşıma səmim-i qəlbdən salamlar.

Əziz qardaşım, bəri başdan bayraq haqdakı yazıları oxumağıma imkan yaratmağınıza görə sizə təşəkkür edirəm və bayraq haqda bir neçə söz də mən demək istəyirəm.

Azərbaycan Türklərinin bir bayrağı vardır və o bizim hamımızın müqəddəs rəmzidir. Ancaq tarixin gedişatı və siyasi səbəblər Güney üçün ayrı bir bayrağın olmasını vacib hala gətirmişdir.

Təqdim olunan uç bayrağı da qəbul etmək olardı ancaq üçüncü yerdə olan digərlərindən daha məntiqli və ağla batandır, lakin onun da Güney-Quzey fərqini istənən şəkildə araya qoyduğuna qane deyiləm.

Bilmirəm əlinizdə var ya yox, Mərhum Elçibəy'in yol göstəriciliyi və xeyir duası ilə kilmliyi namə'lum arazoğlu təxəllüslü şəxs tərəfindən yazılmış Müxtəsər Azərbaycan Tarixi adlı kitabda Güney Azərbaycan bayrağının nə şəkildə olacağı da təklif edilib. Mənce ən ağla batanı odur. Orda Azərbaycan bayrağının bütün əlamətləri qorunur, ancaq Güney əsaretdə olduğuna görə, öz müstəqilliyini hələ də qazana bilmediyinə görə yas əlaməti kimi ay və ulduz qara rəngdə verilibdir və təklif edilib ki, Güney öz azadlığına qovuşana və Quzeylə birləşənə kimi bu yas əlaməti qalsın və birləşildikdən sonra qara rəng götürülsün və bütöv Azərbaycan bayrağı, yə'ni indiki bayraq qəbul edilsin.

Bayrağın mə'nəvi və müqəddəs əlamətləri nəzərə alındıqda məncə də ən ağla batanı o olmalıdır. Həmin bayrağı xalqımızın nəzərinə çatdırmağa imkan yaratmağınızı xahiş edirəm.

Hörmətlə.
Seyfəddin Altaylı

0 Comments:

Post a Comment

<< Home