Friday, March 17, 2006



گاييپ´ين (گونئي آزربايجان ايستيقلال پارتيسي) اؤنه ردييي بايراقلار٢٠٠٥


Güney Azərbaycan Bayrağı
Saleh İldirim. 10.10.2005.
Güney Azərbaycan İstiqlal Partisi


gaipgaipgaip


Çox həssas və çox mübahisəli mövzulardan biri də Güney Azərbaycan Bayrağıdır.

Güney Azərbaycan'ı təmsil edən bayraq və simvolun olması danılmaz bir zərurətdir. Bu nöqsanı bir an öncə həll etmək milli hərəkətimizin əsas addımlarından biridir. Bu mövzu illərdi mübahisəyə səbəb olub. Bu məsələ ancaq millətimizin iradəsi və istəyilə həll ola bilər. Məhz buna görə də indiyə qədər aparılan mübahisələrin nəticəsini xülasə olaraq millətimizə təqdim edib və bütün millətimizi bu məsələnin həllinə dəvət edirik.

Keçən iki il müddətində Güney Azərbaycan Bayrağı haqda müxtəlif təşkilat və şəxsiyyətlərimizlə içəridə və eşikdə danışıq və yazışmalarımız oldu. Bu mübahisələrin nəticəsini iki fikir ayrımında bəyan etmək olar.

A - Bir sıra soydaşlarımız Azərbaycan bir oldughunu və bayrağının da eyni olduğunu vurğulayıb, başqa bayraq lazım deyil deyə hər hansı bir bayrağın Güney üçün seçilməsini rədd edirlər. Yəni mövcud Azərbaycan bayrağını həm Güney, həm də Qüzeyin (Bütöv Azərbaycan) bayrağı hesab edərək hər hansı bir başqa bayrağı qəbul etmirlər.

B - Amma emosiyadan uzaq, siyasi və diplomatik əlaqələrə vaqif olan bütün təşkilat və şəxsiyyətlərimiz təkid edirlər ki, beynəlxalq qanunlara görə movcud bayraq Azərbaycanın bütövlüyünü nümayiş və müdafiə edə bilməz. Bəlkə onun qanuni və hüquqi hüdudları həmən müstəqil Azərbaycan ərazisidir ki, BMT tərəfindən Azərbaycan məmləkəti kimi tanınır. Başqa sözlə desək, Azərbaycanın bayrağı mənəvi baxımdan bütün Azərbaycanlıların bayraği olsa da, hüquqi baxımdan sadəcə Azərbaycanın bir hissəsini təmsil edir. Demək, vahid Azərbaycan təşkil olmayana qədər vahid bayraq bizi təmsil edə bilməz.

Biz hamımız bu bayrağı sevir və müdafiə edirik. Bu bayrağın dalğalanması üçün canımızı da verməyə hazırıq, amma bizim istəyimiz kifayət etmir. Yəni, biz bu bayrağı sevib, öz bayrağımız bildiyimiz halda, bəlli qanuni məhdudiyyətlərə görə bu bayraq bizi müdafiə edə bilmir. Niyə ki, hər bayraq bəlli bir ölkəni, siyasi
avtariteti, siyasi ya milli coğrafiyanı, partiyanı, orqanizasiya... və nəhayəti bəlli bir varliği bəlli təriflər əsasında nümayəndəlik edir . Məhz buna görə də, bu gün Azərbaycanın müvcud bayrağını qaldıranda Təbrizi yox, bəlkə Bakını nümayəndəlik edir. Elə həmən qanuni məhdudiyyətlər və maneələrə görə də bizi təmsil edən bayraq lazımdır ki, həm hərəkətimizi tanıtdırsın, həm də diplomatik problem yaratmasın.

İkinci fikir sahibləri çoxunluğu təşkil edir və demokratik bir formada Güney Azərbaycan bayrağının təyinləşməsinin tərəfdarıdırlar.

Güney Azərbaycan bayrağının yançıları tərəfindən mübahisələrdə çox təkid olunan mövzu mövcud olan Qüzey Azərbaycan bayrağının rəng, ay və ulduzu qorunub bəzi əlavələrlə Güney Azərbaycan bayrağı olaraq səsə qoyulmasıdır. Bunun illəti Azərbaycanın bir millət olduğu gərçəkliyini bəyan edərək, iki siyasi statusa malik olduğunu da ifa etməkdir. Yəni bayraqda olan birlik milli birliyi, kök birliyini və ayrım isə siyasi ayrılığı göstərir. Bu ayrılığı və bənzəri Türkistanla Türkiyə, Türkiyə ilə Qibris, eləcə də Ərəb ölkələrindən Ordun, Suriyə, İraq, Ərəbistan, Filistin və eynisi də Afrikan ölkələrinin bayraqlarında görünür ki, bayraqda olan birlik onlarin kök birliyini və ayrım isə onlarin siyasi ayrımlarını bəyan edir. Biz də millət olaraq bir, amma siyasət olaraq iki ayrı siyasi şəraitdə yaşayırıq. Yəni, Qüzeyin müstəqil dövləti və bayrağı var, BMT və dünya ölkələri tərəfindən tanınıb. Güney isə Iran işğalı altındadır ki, öz milli və insani haqlarını əldə etmək
üçün mücadilə edir.

Bu düşüncə əsasında millətimizin diqqətinə çatdırılması üçün nümunələr də təklif olunubdur. Millətimizə müraciət edərək bu nümunələri təqdim edib və fikir bildirməsini xahiş edirik. Hər hansı nümunə çox səs qazansa onu Güney Azərbaycan Bayrağı qəbul edib, o bayrağın altinda birləşıb, bütün beynəlxalq və daxili fəaliyyətlərimizi o bayrağın altında davam etməliyik.

Məhz buna görə də, bu nümunələri izahatları ilə bərabər qeyd edib, hörmətli Güney Azərbaycanlıları birlikdə mövcud olan bu ciddi nöqsanın həllinə dəvət edirik.

Qeyd edək ki, bu açıq mübahisəyə 6 ay zaman təyin olunub. Fikir və önərilərinizi səbirsizliklə gözləyirik. Bütün yazılarınız olduğu kimi sita yerləşdiriləcək* Ümid edirik bu mübahisələrin sonunda qəti qərara gəlib və bir bayrağın altında toplaşa bilək.
*- İçtimayi siyasi ədəbiyatdan xaric olmamaq şərtilə.

Bayraq nümunələri:

1. Birinci Bayraq - Azərbaycan bayrağında ayın yeri dəyişib. Yəni eyni rəngli bu bayraqda ay eşiyə yox, bəlkə içəriyə baxır.
2. Ikinci bayraq - eyni Qüzey Azərbaycan bayrağıdır, sadəcə burda bir ulduz daha əlavə olunub. Yəni eyni rəngli bu bayraqda bir ay və iki ulduz var. Bu bayrağı təklif edənlər iki Azərbaycanın birləşdiyi zaman Bütöv Azərbaycan bayrağını Qüzeylə Güneyin cəmi, yəni bir ay üç ulduzlu olmasını təklif edirlər.
3. Bu bayraq əvvəl başqa formada təklif olunmuşdu, daha sonra əvvəlki formasından təkmilləşdirilib. Yəni əvvəl Azərbaycan bayrağının üzərində Qüzeylə Güneyi ayıran hüdud dəmir məftillərlə göstərilirdi. Daha sonra həmən təklif təkmilləşdirilmişdir.

Belə ki, dəmir məftilin hər hansi bir bayraq üzərində məqbul olmadığı fikri irəli sürərək dəmir məftili götürüb və Arazı hüdud boyu ayrılıq simvolu kimi göstərir. Əlbətdə bayraqda Türk rəngi (göy rəng) olduğu üçün burda Araz göy rəngdə yox bəlkə ağ rənglə gəstərilib. Bu qrup da Azərbaycan birləşdikdən sonra ayrılıq simvolunu bayraqdan götürüb və mövcud bayrağı Bütöv Azərbaycan bayrağı kimi təklif edir.

0 Comments:

Post a Comment

<< Home